Soyuq aylardan isti günlərə keçid dövründə bir çox insanda boğaz ağrıları müşahidə olunur. 

Foodinfo.az xəbər verir ki, “Haber Türk” öskürəyi aradan qaldıra biləcək amilləri açıqlayıb. 

İlk növbədə qapalı məkanlardan uzaq durun. Hava sirkulyasiyası səbəbilə virusların havadan asılı qalması qapalı məkanlarda öskürək üçün münbit şərait yaradır. 

Boğaz ağrısına qarşı bol-bol su içmək tövsiyə olunur. Bu dövrdə siqaret, spirtli içkilər və kofeinə diqqət edilməlidir. Mümkün qədər zərərli vərdişləri tərgitməlidir. 

Boğaz ağrısı olan dövrdə şokolad, ədviyyat və yağda qızardılmış məhsulları azaltmaq lazımdır. Otağın nəm göstəricisini tənzimləmək zəruridir. 

Bundan əlavə boğaz ağrısından qurtulmaq üçün müxtəlif təbii vasitələrlə qarqara etmək tövsiyə edilir.

Fərid