"OBA" marketlər şəbəkəsi işçi axtarır. Vəzifə: Marketinq Reklamları üzrə aparıcı mütəxəssis İş yeri: OBA Marketlər şəbəkəsi baş ofis Foodinfo.az-ın məlumatına görə, namizədə dair tələblər aşağıdakılardır: • Təhsil: Ali təhsil • Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili və rus dili • Kompüter bilikləri: MS Office • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq; • Marketinq reklamları trendinə bələd olan izləyən • Linkedin ads, Facebook analytics və Pixel ilə işləmək bacarığı • Ənənəvi media ilə yaxından işləmə təcrübəsi Vəzifə öhdəlikləri: - Müqavilələr, reklam kanallarının və reklam ediləcək mövzulara uyğun komanda və rəhbərlərlə görüşün təşkil edilməsi və reklam strategiyasının yazılması - Reklam kampaniyalarını planlaşdırmaq üçün məlumatların toplanması - Ənənəvi, digital, offline və online -bütün reklam kanallarının planlaşdırılması, əlaqələrin qurulması və idarə edilməsi - Reklam müqavilələrinin mütamədi olaraq izlənməsi və davamiyyətinin yoxlanması - Reklamlarla bağlı aylıq hesabatların hazırlanması - Bazar araşdırmasına əsasən aylıq reklam platformalarının müəyyənləşdirilməsi Əlavə təminatlar: • Nahar şirkət tərəfindən verilir; • Korporativ nömrə ilə təmin edilmə; • Servis şirkət tərəfindən təmin edilir; İş qrafiki: İş saatları 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00 Şənbə və Bazar istirahət günü. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq Reklamları üzrə aparıcı mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.