Otaqo Universitetinin alimləri müəyyən edib ki, C vitamininin çatışmazlığı çəki artımına səbəb olur.
Mütəxəssislər artıq çəki problemi olan insanların mütləq C vitamini qəbulunu artırmalı olduğunu düşünürlər. 20 mindən çox insanın məlumatları istifadə edilərək aparılan araşdırma göstərib ki, çəki artımından əziyyət çəkənlərdə C vitamini əksikliyi var.
Alimlər bildirir ki, çəkisi 70 kq olan bir insan hər 10 kq artıq çəki üçün əlavə olaraq 17-22 mq C vitamini qəbul etməlidir.