Su həyatımızda vacib qida elementidir. Həkimlər və dietoloqlar gündə iki litr su içməyin lazım olduğunu bildirirlər. Lakin bu norma hər kəs üçün eyni deyil.
Foodinfo.az xəsər verir ki, diyetoloq Yuliya Zinçenko bu barədə danışıb.
Onun sözlərinə görə, gündəlik norma 1,5-3 litr arasında dəyişir. Bu rəqəm qadın və kişilərdə fərqlidir, eləcə də yaşdan, orqanizmin vəziyyətindən, insanın iş fəaliyyətindən və hətta ilin fəslindən asılıdır.
İsti mövsümdə daha çox su içmək lazımdır.
Ağır fiziki işlə məşğul olanlar və idmançılar da daha çox içməlidirlər.
Müalicə prosesində xəstə dərman qəbul edirsə, toksinlərin çıxarılması üçün daha çox maye lazım olacaq.
Uşaqlara da aktivlikləri səbəbindən daha çox su lazımdır.
Suya olan minimum ehtiyacı bədən kütləsinə görə hesablamaq olar. Orta hesabla bu, 1 kq çəkiyə 30 ml təşkil edir. Əgər insan 60 kq çəkidədirsə, gündə 1,8 litr su içməlidir.
Artıq çəkisi olan və arıqlamaq istəyənlər üçün norma belə hesablanır: ideal çəkinin hər 1 kq-na 30-40 ml + artıq çəkinin hər 5 kq-na 100 ml.