Çəki artımı və daimi soyuqluq hissi uzun illər ərzində aşkar olunmayan "görünməz" xəstəliyin həyəcan verici simptomlarıdır. Foodinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bunlar hipotiroidizm olaraq da bilinən qeyri-aktiv tiroidin iki klassik simptomudur.

Qalxanabənzər vəz boyunda yerləşən kiçik bir bezdir. Onun əsas vəzifələrindən biri orqanizmdə maddələr mübadiləsini, yəni qidanın enerjiyə çevrilməsi prosesini tənzimləməyə kömək edən hormonlar yaratmaqdır.

Hipotiroidizm ilə orqan kifayət qədər hormon istehsal etmir. Bu vəziyyətin ən çox görülən əlamətləri yorğunluq, çəki artımı və depressiya hissləridir. Mütəxəssislərin fikrincə, bu simptomlar asanlıqla göz ardı edilə bilər və ya başqa problemlərlə qarışdırıla bilər.

Nurlan