Çox vaxt ayaqqabı alarkən mağazada ayaqqabının ayağımıza sıx olduğunun fərqinə varmaya bilərik. Yaxud da internetdən aldığınız ayaqqabıların ölçüsünü müəyyən edə bilməmisiniz. Bu səbəbdən dar ayaqqabılar şkafın ən uzaq küncünə qədər gedə bilir. 

 Foodinfo.az xəbər verir ki, dar ayaqqabıları genişləndirmək üçün evdə tətbiq edə biləcəyiniz bəzi praktik üsullar var. Sevimli, dar ayaqqabılarınızı şkafın uzaq küncündən götürün və bu üsulları sınayın. Nəticəyə inanmayacaqsınız.

Dar ayaqqabını genişləndirməyin ən təsirli və praktik yolu qalın corab üsuludur. Bu üsul çox yaxşı görünməsə də, əslində çox təsirli bir üsuldur. Əvvəlcə ayağınıza sahib olduğunuz ən qalın corabları geyinin. Əgər qalın corabınız yoxdursa, bir neçə cüt corabı üst-üstə geyə bilərsiniz. Corablarınızı geyindikdən sonra ayaqqabını da geyinib mümkün olduqca evdə gəzin. 

Eyni zamanda dar ayaqqabılarınızı fenlə qızdıraraq asanlıqla genişləndirə bilərsiniz.

Belə ayaqqabılar üçün başqa bir təsirli üsul alma sirkəsi və qəzetdir. Qəzet kağızlarını sirkə ilə islatdıqdan sonra artıq suyu yaxşıca sıxaraq çıxarın. Sonra qəzet parçalarını sıxan ayaqqabının içərisinə qoyun və 1 gün orda qalsın. Ertəsi gün ayaqqabılarınızın genişləndiyini görəcəksiniz.