Alimlər depressiya riskini 23% azalda bilən fəaliyyətlər müəyyən ediblər.
Foodinfo.az xəbər verir ki, aşağı və ya orta intensivlikdə məşq etmək depressiya riskini 23%, narahatlığı 26%, psixoz və ya şizofreniya riskini 27% azaldır. Tədqiqat Neuroscience and Biobehavioural Reviews jurnalında dərc olunub.
Müəlliflər bu cür məşqlər kimi bağçılıq, qolf və gəzintiləri əhatə edirdi. Alimlər 65 mindən çox insanda məşq və narahatlıq arasındakı əlaqəni araşdırdıqdan sonra bu qənaətə gəliblər.
Maraqlıdır ki, yüksək intensivlikli idman depressiya riskini azaltmayıb.
Orta məşq biokimyəvi reaksiyalar vasitəsilə psixi sağlamlığı yaxşılaşdıra bilər, yüksək intensivlikli məşq isə bəzi insanlarda stresslə əlaqəli reaksiyaları pisləşdirə bilər.