Kosmetika sənayesi həm kimyəvi məhsullardan, həm də möcüzəvi xammaldan istifadə edir. Ona görə də hazır qulluq məhsulları almaq əvəzinə təbii məhsullardan istifadə edə bilərsiniz. Dərini sakitləşdirən, nəmləndirən və təravətləndirən bəzi bitk və meyvələr var.
Foodinfo.az gündəlik qulluqda istifadə edilə bilən təbii məhsulları təqdim edir:
BİYAN KÖKÜ
Sağalma prosesi zamanı günəş ləkələri və ya sızanaq izləri dərimizdəki ümumi rəng tonu balansını poza bilər. Bu ləkələrin əmələ gəlməsində iştirak edən artıq melanin piqmentindən xilas olmaq dərinin tonunu bərabərləşdirməyə və parlaq görünüş təmin etməyə kömək edir. Biyan kökü ekstraktı melanin piqmentinin istehsalını minimuma endirərək yeni ləkələrin əmələ gəlməsinin qarşısını alır, eyni zamanda mövcud ləkələrin aradan qaldırılmasına kömək edir.
NANƏ
Antibakterial xüsusiyyətləri ilə bildiyimiz nanə dərinin təmizlənməsində, xüsusilə nəmləndirici, təmizləyici və tonik tərkibi ilə məşhurdur. Ehtiyaclarımızı təyin edərək dəri qullğumuza daxil edə biləcəyimiz nanə tərkibli məhsullar bu bitkinin antibakterial xüsusiyyətləri sayəsində sızanaqlı və yağlı dərilər üçün yaxşı bir seçimdir. Aloe vera və kokos yağı kimi maddələrlə birləşdirilərək istifadə edilə bilər.
YAŞIL ÇAY
Gündəlik istehlak etməyə adət etdiyimiz yaşıl çayı da qulluq rutininizə daxil edə bilərsiniz. Yaşıl çay həm antioksidant, həm də qoruyucu xüsusiyyətləri ilə həm dərimiz, həm də sağlamlığımız üçün faydalıdır. Üz təmizləyiciləri, serumlar, nəmləndiricilər və maskaların ümumi tərkib hissələrində rastlaşdığımız yaşıl bitkilər kosmetika sənayesində çox yönlü istifadələrə malikdir.
EVKALİPT
Aromaterapiyada tez-tez istifadə edilən və rahatlaşdırıcı faydaları ilə tanınan evkalipt, antimikrobiyal və antioksidan xüsusiyyətləri ilə kosmetik məhsullarda önə çıxır. Artıq qara nöqtələri olan dərilər üçün ideal təmizlik və dərinin gənc-parlaq görünməsinə kömək edən evkalipt yaraların sağalmasında da tez-tez istifadə olunan bir bitkidir.
AVOKADO
Avokado kosmetik dünyasında sağlam yağı ilə seçilir. Mütəxəssislər avokado yağı alarkən onun üzvi və xüsusilə soyuq preslənmiş olmasına diqqət yetirməyimizi təklif edirlər.
Lifli quruluşu və yüksək qida dəyəri ilə bədənimizlə yanaşı dərimizi də qidalandırmağa kömək edən bu meyvə dərimizdəki ümumi kollagen tərkibini dəstəkləyir və yüksək vitamin E ilə dərini qorumağa kömək edir. Kosmetika sənayesində bir çox inqrediyentin qonağı olan avokadonu üzvi bal ilə qarışdıraraq evdə rahatlıqla nəmləndirici və üz ödemini aradan qaldırmağa kömək edən maska hazırlaya bilərsiniz.