Manhettendən olan diş həkimi Dr.Maykl C.Vey diş sağlamlığına mənfi təsir göstərən vərdişləri sadalayıb.
Foodinfo.az həmin vərdişləri təqdim edir:
1. Turş yemək və ya turş içkidən dərhal sonra dişləri fırçalamaq. Bu, diş minasını zəiflədə bilər.
2. Dişləri heç fırçalamamaq. Amerika Stomatoloji Assosiasiyasının məlumatına görə, dişlərinizi gündə iki dəfə iki dəqiqə fırçalamalısınız. Bu zaman yumşaq tükləri olan bir fırçadan istifadə etmək tövsiyə olunur.
3. Sərt qidaları çeynəmək. Bu vərdiş "koronka", plomb və bərpa olunmuş dişlərin məhvinə səbəb ola bilər. Bundan əlavə, artıq çatlamış olan dişi qıra bilərsiniz.
4. Sərt tükləri olan diş fırçasından istifadə etmək. Yumşaq tükləri olan fırça almaq daha yaxşıdır, çünki sərt fırça minanı silə bilər.
5. Diş saplarından istifadə etməmək. Bu, diş üzərində lövhə yarada və diş əti iltihabına səbəb ola bilər. Dişlərinizi gündə bir dəfə diş sapı ilə təmizləyin.
6. Mütəmadi olaraq stomatoloq müayinəsindən keçməmək. Diş həkiminə ağrı olmadıqda da getməklə problemləri erkən mərhələdə aşkar edib qarşısını ala bilərsiniz.
7. Paketləri və butulkaları dişinizlə açmaq. Bununla dişlərinizi asanlıqla sındıra bilərsiniz.