
Diş sağlamlığını qorumaq üçün şəkərli qidalardan uzaq durmaq vacib olsa da, bu tək başına kifayət etmir. Dişlərin sağlam qalması üçün ümumi ağız baxımı və bəzi digər amillərə də diqqət yetirmək lazımdır.
Foodinfo.az xəbər verir ki, şəkərli qidalar dişlərdə bakteriyaların artmasına səbəb olur və bu bakteriyalar şəkəri parçaladıqda ağzın pH səviyyəsi aşağı düşür. Bu, dişlərdə turşuluğu artırır və diş minəsini zəiflədir, nəticədə diş çürüməsinə səbəb olur.
Diş sağlamlığını yaxşılaşdırmaq üçün əlavə tədbirlər:
- Dişləri gündə ən azı iki dəfə (səhər və yatmazdan əvvəl) fluoridli diş pastası ilə fırçalamaq lazımdır.
- Dişlər arasındakı qida və bakteriyaları təmizləmək üçün diş ipi istifadə etmək vacibdir.
- Ağız yaxalayıcıları bakteriyaların artmasını və pis qoxunu önləməyə kömək edir.
- Su içmək ağızda qalan şəkər və turşuları yuyub təmizləyir, ağız quruluğunun qarşısını alır.
- İldə ən azı iki dəfə diş həkiminə müraciət etmək və profilaktik təmizləmə etmək diş sağlamlığını qorumağa kömək edir.
- Siqaret və alkoqol dişləri zəiflədir, saralmasına və digər problemlərə yol açır.
Yəni, şəkərli qidalardan uzaq durmaq diş sağlamlığını qorumağa kömək edir, amma tam mükəmməl diş baxımı üçün sağlam qidalanma, düzgün ağız baxımı və müntəzəm diş həkimi ziyarətləri də vacibdir.