35 yaşlı Reddit forum istifadəçisi zarafatla DNT testi keçirib və anasının xəyanətindən xəbər tutub. Bu barədə Daily Mirror məlumat yayıb.

Qadın bildirib ki, “23andMe” biotexnoloji şirkətindən genetik testlər alıb. Maraq xatirinə DNT testi etmək qərarına gələn qadın nəticələri görəndə şok keçirib. Belə ki, o yalnız anası ilə uyğunluq təşkil edib.

Şirkətdən bildirilib ki, buna səbəb atasının DTN nəticələrinin bloklanmasıdır. Lakin qısa müddət sonra qadın sistemdə araşdırma aparan zaman bacısının olduğunu öyrənib.

Əvvəlcə bunun atasının nikahdankənar doğulmuş övladı olduğunu düşünən qadın  bir müddət sonra anasının onu başqa kişidən dünyaya gətirdiyini öyrənib.

Leyla