"Azərbaycanda arzuolunmaz dondurmalar istehsal olunur, bəzən də belə dondurmalar xarici ölkələrdən idxal edilir".
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, bunu Bakupost.az -a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, dondurmaların keyfiyyətsizliyinə səbəb olan məsələlərdən biri onun yağlılığının süni yollarla artırılmasıdır:
“Dondurma müəssisəsələri dondurmaların yağlılığını artırmaq üçün müxtəlif süni yollara əl atırlar. Bu isə dondurmaları keyfiyyətsiz edir. İstehlakçılar dondurma yedikləri zaman onun keyfiyyətsizliyini müəyyən edə bilmək üçün ilk növbədə onun dadının acı olub-olmadığına diqqət yetirməlidirlər. Dondurmanı yedikdə dilin üstündə, boğazda acılıq hiss edilirsə, deməli, dondurmanın yağlılığını artırmaq üçün ona kərə yağı deyil, marqarin, bitki mənşəli yağ əlavə edilib.
E.Hüseynov qeyd edir ki, hazırda ölkədə 1000-dən çox dondurma istehsalçısı var. Lakin onların arasında müasir dondurma istehsalçılarının sayı azdır.
AİB sədri əlavə edib ki, Azərbaycanda satılan dondurmaların 20-30 faizi xaricdən gətirilir.
Onun sözlərinə görə, xaricdən mal gətirilən zaman dondurmalar müəyyən temperatur risklərinə məruz qalırlar:
“Əgər dondurma bir dəfə temperatur riskinə məruz qalıb yenidən dondurulursa, o, artıq təhlükəli və çirklənmiş dondurma sayılır. Belə dondurmaları onların qablarının formasına baxmaqla müəyyən etmək olar. Əgər dondurma əzilmiş formadadırsa, demək o, əriyib yenidən dondurulub. Bu cür dondurmaları almaq arzuolunmazdır, alıcılar buna diqqət yetirməlidirlər”.