Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Naziri İbrahim Yumaklı içməli su ehtiyyatlarının azalması ilə bağlı həyacan təbili çalıb.
Hazırda qlobal miqyasda son dərəcə dağıdıcı bir iqlim böhranı ilə qarşı-qarşıya olduğumuzu qeyd edən Yumaklı, dünyanın dörddə üçünün su ilə örtüldüyü halda, şirin su ehtiyatlarının nisbətinin cəmi 2,5 faiz olduğunu və bunun yalnız 1 faizinin istifadə oluna biləcəyini söyləyib.
Dünyada 2,2 milyard insanın müxtəlif səviyyələrdə içməli sudan əziyyət çəkdiyini olduğunu bildirən nazir qeyd edib ki, son 5 il keçdiyimiz 170 ilin ən isti dövrü olduğu BMT tərəfindən vurğulanır. Hətta dünyada temperaturun 38 dərəcəyə çatdığını görürük.
Gələcək üçün bu təhdidlərin böhrana çevrilməmişdən əvvəl idarə edilməsinin mümkün olduğunu vurğulayan Yumaklı, bunu hər kəs üçün tarixi bir məsuliyyət adlandırıb.
Nurlan