Dünyadakı müxtəlif mətbəxlərə ləzzət qatmaq üçün istifadə edilən kəklikotu sağlamlığa təsirləri ilə də diqqət çəkir.
Kəklikotu öskürək, soyuqdəymə və digər tənəffüs yolları xəstəliklərini aradan qaldıran xüsusiyyətlərə malikdir. Dərini yaxşılaşdırmaq və qocalma əlamətlərini gecikdirmək potensialına malik olduğunu göstərən tədqiqatlar da var.
Foodinfo.az xəbər verir ki, tərkibindəki antioksidant sayəsində kəklikotu bədənə zərər verə biləcək sərbəst radikallarla mübarizə aparmağa kömək edir. Bu, bədənin oksidləşdirici stressini azaldır və ümumi sağlamlığı yaxşılaşdırır.
Həzmi tənzimləməyə kömək edir. Bu şəkildə şişkinlik, qaz və kramp kimi həzm problemlərini aradan qaldırır.
Öskürək, astma və bronxit kimi tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə olunur. Bəlğəmgətirici kimi tanınır.
Kəklikotunun tərkibində olan antibakterial və antiseptik xüsusiyyətlər dəri infeksiyalarının, sızanaqların və yaraların müalicəsində təsirlidir.
Həmçinin, o, immunitet sistemini gücləndirən C vitamini ilə zəngindir.
Tərkibində olan kalsium, dəmir və maqnezium kimi minerallar sümük sağlamlığını və sıxlığını artırmaq üçün vacibdir.
Kəklikotunu qaynadıb içmək baş ağrısına, qızdırma və öskürəyə xeyirdir. Qaynadılmış kəklikotu immuniteti gücləndirən təsirə malikdir. Həm də ürək sağlamlığını qoruyur və yüksək təzyiqi aşağı salır. Bağırsaq parazitlərinə qarşı da təsirli olan bu çay mədə qazını da aradan qaldırmağa kömək edir. Həmçinin, kəklikotu çayı depressiyaya yaxşı təsir göstərir.