Reflüks (mədə turşusunun qida borusuna geri qayıtması) düzgün qidalanmadıqda daha da şiddətlənə bilər. Xüsusilə bəzi qidalar mədə turşusunu artıraraq yanma, acılıq və boğazda narahatlıq hissini gücləndirir.

Foodinfo.az xəbər verir ki, reflüksü olan şəxslərə yağlı və qızardılmış qidalardan uzaq durmaq tövsiyə olunur. Bu tip yeməklər mədənin boşalmasını ləngidir və turşunun yuxarı qalxma riskini artırır. Fast-food məhsulları bu baxımdan ən riskli qidalar sırasında yer alır.

Acı və ədviyyatlı yeməklər də reflüks şikayətlərini artıra bilər. Bibər, acı souslar və çoxlu ədviyyat mədə selikli qişasını qıcıqlandıraraq yanma hissinə səbəb olur.

Şşokolad və kakao istehlakına da diqqət yetirilməsini məsləhət görülür. Bu məhsullar qida borusu ilə mədə arasındakı əzələni boşaldaraq turşunun geri qayıtmasını asanlaşdırır.

Qazlı və şəkərli içkilər mədədə təzyiqi artırır və reflüks əlamətlərini gücləndirir. Eyni zamanda qəhvə və tünd çay da turşu ifrazını artıra bilən içkilər hesab olunur.

Turşuluğu yüksək olan sitrus meyvələri və pomidor bəzi insanlarda reflüksü şiddətləndirə bilər. Portağal, limon, qreypfrut və pomidor məhsullarının həddindən artıq qəbulu da yanma hissini artıra bilər.

Reflüksü olan şəxslərə az-az, lakin tez-tez qidalanmağı, yatmazdan əvvəl ağır yeməklərdən uzaq durmağı və fərdi həssaslıqları nəzərə almağı tövsiyə edilir. Düzgün qida seçimi reflüks şikayətlərinin azalmasında mühüm rol oynayır.