AQTA yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.

Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov təhlükəsiz və keyfiyyətli taxıl məhsullarının əhəmiyyətindən bəhs edir.

N.Əmirbəyov bildirir ki, taxılın becərilməsi, saxlanması və emalı prosesi bütün mərhələlərdə yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirilməlidir. Unun vitamin və minerallarla zənginləşdirilməsi, xüsusilə uşaqlar və həssas əhali qrupları üçün gündəlik qida dəyərinin artırılmasına mühüm töhfə verir. Bu da qida təhlükəsizliyinin cəmiyyət üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha göstərir.

Keyfiyyətli taxıl məhsulları sağlam qidanın təminatında, ixrac potensialının yüksəldilməsində və ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!

Kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxı təqdim edirik.