İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 48 ölkədə alkoqol istehlakını müqayisə edib və öz nəticələrini dərc edib. Bu barədə Fox News xəbər verir.
Dünyanın ən çox içki içən ölkələrinin siyahısına keçmiş sovet respublikaları və Şərqi Avropa dövlətləri başçılıq edir. Siyahıya başçılığı sakinləri ildə orta hesabla 12 litr spirtli içki qəbul edən Latviya və Litva edir. Onları bir litr az istehlak edən Estoniya, Çexiya və Bolqarıstan izləyir. Hesabatda Rusiya ilə bağlı heç bir məlumat yoxdur.
Tədqiq olunan ölkələrin sakinləri orta hesabla ildə 8,6 litr spirtli içki qəbul ediblər. Hesabata daxil olan ölkələrdə əhalinin 19 faizi həddindən artıq içki qəbu edir. Danimarka, Rumıniya və Böyük Britaniyada əhalinin 30 faizindən çoxu bu problemlə üzləşir. İtaliya və Türkiyədə bu üç faizdən azdır.
Fərid