Gecələr tez-tez ayaqyoluna gedirsinizsə, bu, ciddi xəstəliyin əlaməti ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə həkim Kişan Vitlani xəbərdarlıq edib.
Onun sözlərinə görə, belə hal 2-ci tip diabetin zamanı müşahidə olunur. Bu xəstəlik zamanı bədəndə sidik istehsalı artır və nəticədə insan ayaqyoluna daha çox gedir.
2-ci tip diabet bu xəstəliyin ən çox yayılmış formasıdır və mədəaltı vəzi kifayət qədər insulin istehsal edə bilmədikdə, yaxud istehsal etdiyi insulin effektiv təsir göstərmədikdə yaranır.
Müalicə olunmazsa, görmə itkisinə, sinir zədələnməsinə, böyrək problemlərinə, infarkt və insult riskinin artmasına səbəb ola bilər.