Rusiyanın Krasnoyarsk əyalətində gömrükçüləri Özbəkistana uçan əcnəbinin çantasından 78 kq qırmızı kürü aşkar ediblər. Foodinfo.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb.
İdarənin Telegram kanalında bildirilir ki, həmin şəxs “yaşıl” dəhlizdə saxlanılıb. Onun çantalarında 312 min rubl dəyərində qırmızı kürü olan yeddi plastik qab tapıblar.
Əcnəbi satış üçün qohumuna kürü gətirdiyini etiraf edib. Gömrük işçiləri inzibati iş açıb və kişi 156 min rubl cərimə olunub. Bildirilir ki, kürü sahibinə qaytarılıb.
Nurlan