Sağlam görmə dedikdə ağlımıza adətən yerkökü gəlir. Foodinfo.az Ferra.ru-ya istinadən xəbər verir ki, gözlər üçün heç də az faydası olmayan başqa məhsullar da var.
Şirin kartof yerkökü ilə müqayisədə üç dəfə çox A vitamini təmin edir: bir orta bişmiş şirin kartof sizə bu maddəyə olan gündəlik ehtiyacınızın 150%-ni verəcək.
Yumurtanın tərkibində təbii olaraq lutein və zeaksantin var. Zənginləşdirilmiş yumurta bu maddələrdən daha çoxunu ehtiva edir və daha asan həzm olunur.
28 q quru qovrulmuş badam E vitamini üçün gündəlik tələbatın 45%-ni təmin edir. Bu, göz hüceyrələri də daxil olmaqla bütün orqanizmdəki hüceyrələri qoruyan güclü antioksidantdır.