Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir. Foodinfo.az xəbər verir ki, İnstitutun mütəxəssisləri tərəfindən keçirilən növbəti seminar “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusuna həsr edilib. COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər nəzərə alınmaqla keçirilən seminarda iştirakçılara “HACCP qrupunun yaradılması və qrupun tərkibinin müəyyən edilməsi”, “Məhsulun identifikasiyasının təyin edilməsi”, “Emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin müəyyənləşdirilməsi”, “Aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin edilməsi”, “Təyin edilmiş nəzarət nöqtələri üçün kritik limitlərin müəyyən edilməsi”, “Kritik nəzarət nöqtələri üçün monitorinq və zəruri tədbirlərin tətbiqi”, “Aparılan təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyən edilməsi” mövzularında zəruri biliklər verilib. Sonda seminarı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib. [gallery ids="38671,38672"]