Temperaturun qəfildən kəskin enməsi bir sıra xroniki xəstəlikləri olan şəxslərə təsirsiz ötüşməyəcək
Temperatur bir gündə 10 dərəcə aşağı enən kimi bu problemlər kəskinləşə bilər.
-Astma – bronxit xəstəliyi, boğulması olanlar
-Şəkərli diabet xəstələri
-Meteohəssas insanlar
-Yüksək təzyiqi olanlar
-Ürək-damar xəstəliyi, qan damarlarında ateroskleroz olanlar infarkt, insult keçirmiş insanlar,
-Panik atak, nevroz və depressiyada olanlar
-Gözlərində problemi, iltihabi xəstəliyi olanlar
-Artroz, ostexondroz, artrit, revmatizması olanlar
-Rinit, sinusit, haymoriti olanlar
-Xüsusi təhlükəli hava şəraitində insanlarda səbəbsiz həyəcanlanma, qıcıqlanma, özündən çıxma, əsəbilik, yuxusuzluq və ya depressiv əlamətlər, süstlük, gərginlik tipli baş ağrıları artır.
-Belə günlərdə həkimlərə və təcili yardıma səbəbsiz hal dəyişmələrdən, ağrılardan müraciətlər çoxalır.
-Arterial təzyiqdə qəfil enmələr, qalxmalar müşahidə oluna bilər.
-Bəzən qarın boşluğunda və beldə spastik ağrılar başlayır, bunu zəhərlənmə ilə səhv də salırlar.
Təəssüf ki, belə havalarda və məqamlarda ürək-damar, beyin insultu səbəbindən ölüm hallarının sayı artır.
-Ürək damarlarında əməliyyat olanlar, stend taxılan insanlar narahatlıq hiss edən kimi həkimi ilə əlaqə saxlasın
Belə xəstəliyi olanlar bu günlərdə daha çox rahat ev şəraitində və optimal otaq temperaturunda olmalıdır.