Çay və qəhvənin yanında vazkeçilməz pudinqli kek resepti.
İnqrediyentlər:
3 yumurta
1,5 stəkan şəkər
1,5 stəkan süd (300 ml)
1 armudu stəkanı yağ
2 stəkan un
1 paket vanil
1 paket qabartma tozu
4 xörək qaşığı kakao
Üzəri üçün:
2 paket kakaolu pudinq
4 stəkan süd (800 ml)
Nəmləndirmək üçün:
1 stəkan süd (200 ml)
Hazırlanması:
Əvvəlcə uyğun ölçüdə qarışdırma qabına 3 yumurta və 1,5 stəkan şəkəri götürək. Ağarıb köpüklənənə qədər yaxşıca çalırıq. Sonra qarışığa 1,5 stəkan süd və 1 armudu stəkanı yağı əlavə edib yenidən çalın.
Çırpdıqdan sonra 2 stəkan un, 4 xörək qaşığı kakao, 1 paket vanil və 1 paket qabartma tozunu ələyib qarışığa əlavə edin.
İstifadə edəcəyimiz soba listini yağlayın.
Hazırladığınız xəmiri listə tökərək 170 dərəcə qızdırılmış sobadada 40 dəqiqə bişirin.
Bişdikdən sonra südü hopana qədər üzərinə tökün.
Bu arada pudinq hissəsini hazırlaya bilərik. 2 paket kakaolu pudinqi 4 stəkan südlə uyğun qazanda bişirin. Daim qarışdıraraq qatılaşana qədər bişirin. Pudinq hazır olduqdan sonra kekin üzərinə hazırladığınız pudinqi əlavə edin.
Sonra isə şirniyyatın üstünü bol kokosla örtün. Deserti otaq istiliyində soyumağa buraxın.
Sonra deserti təxminən 3 saat soyuducuda saxlayın. Vaxtın sonunda süfrəyə verə bilərsiniz. Nuş olsun...