Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Xəzər rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Foodinfo.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, sudan qanunsuz istifadə əsasən bağ evləri və həyətyanı sahələrdə rast gəlinib. Nəzarət tədbirləri zamanı bəzi həyətlərdə su sayğaclarının yararsız hala salındığı, bəzi həyətlərdə isə quraşdırılmış sayğacların yerində olmadığı aşkarlanıb.
2012-2014-cü illərdə Xəzər rayonunun Türkan qəsəbəsinin bir hissəsində dövlət investisya layihəsi çərçivəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, layihənin əhatə etdiyi ərazidə yaşayış evlərinə, obyektlərə birləşmə verilib və sayğaclar quraşdırılıb. Bütün bunlara baxmayaraq bəzi vətəndaşlar və sahibkarlar paylayıcı şəbəkəyə özbaşına qoşulmalarla və ya sayğacdankənar çəkilmiş xətlərlə sudan qeyri-qanuni istifadə ediblər. Qəsəbədəki istixananın su təchizatı sisteminə baxış keçirərkən məlum olub ki, sahibkar paylayıcı şəbəkəyə 32 mm diametrli boru ilə əlavə qoşulma edib.
Xəzər rayonunun Buzovna qəsəbəsində bəzi ünvanlarda oxşar vəziyyət müşahidə olunub. Qəsəbənin bir hissəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, insanların içməli suya olan tələbatı ödənilib. Amma yenə də bəzi şəxslər yeni şəbəkəyə müdaxilə edərək qanunsuz su xətləri çəkiblər.
Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönəldilib.
Son xəbərlər
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?