İnfarkt hər zaman güclü sinə ağrısı ilə özünü göstərmir. Bəzi hallarda bu təhlükəli vəziyyət gizli inkişaf edir və insan ürəyinin risk altında olduğunu hiss etmir.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, kardioloq Aleksandr Roqaçevin sözlərinə görə, infarkt riski ən çox şəkərli diabet, hipertoniya, piylənmə və lipid mübadiləsi pozğunluğu olan insanlarda yüksəkdir. Bundan əlavə, siqaret çəkmək və hərəkətsiz həyat tərzi də əsas risk faktorları sırasındadır.
Mütəxəssis xüsusilə “səssiz infarkt” adlanan vəziyyətə diqqət çəkib. Bu zaman klassik sinə ağrısı olmaya bilər, əvəzində güclü halsızlıq və ürək ritmində pozuntular müşahidə olunur. Belə əlamətlər olduqda dərhal tibbi müayinədən keçmək vacibdir.
Qeyd olunur ki, infarkt kişilərdə qadınlara nisbətən təxminən 5 dəfə daha çox rast gəlinir. “Səssiz infarkt” isə daha təhlükəlidir, çünki gizli inkişaf etsə də, orqanizmə ciddi zərər vurur.






