Sağlam qalmaq və gün ərzində enerjili olmaq üçün düzgün yuxu rejimi vacibdir. Mütəxəssislər bildirir ki, yuxunun müddəti hər kəs üçün eyni olmasa da, müəyyən ümumi tövsiyələr mövcuddur.
Foodinfo.az Championat saytına istinadla xəbər verir ki, somnoloq İlya Smirnovun sözlərinə görə, sağlam insan üçün optimal yuxu müddəti adətən 7–9 saat təşkil edir. Bununla belə, bu göstərici fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər.
Ekspert qeyd edir ki, bəzən baş verən tək-tük yuxusuz gecələr ciddi problem yaratmaya bilər. Lakin yuxunun müntəzəm pozulması orqanizmin ritmini poza və insanın özünü uzun müddət halsız hiss etməsinə səbəb ola bilər.
Mütəxəssis vurğulayır ki, hər kəsin ideal yuxu müddəti fərqli ola bilər. Bəzi insanlar özlərini daha az saat yuxu ilə yaxşı hiss etsə də, digərləri üçün daha uzun istirahət vacibdir. Əsas məsələ səhər oyandıqda özünü gümrah və enerjili hiss etməkdir.






