Həkimlər koronavirusun insan bu virusdan sağaldıqdan sonra da bədəni tamamilə tərk etmədiyinə, bədəndə qalaraq zərər verməyə davam edə biləcəyinə inanmağa meyillidirlər.

Foodinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş həkimi, “Rospotrebnadzor” Federal Xidmətinin rəhbəri Anna Popova deyib.

Popovanın sözlərinə görə, bu gün elm adamları hələ də mübahisə edirlər, lakin onlar əsasən virusun nəhayət bədəni tərk edə bilməyəcəyi ilə bağlı razılığa gəliblər:

“Virus orada yaşaya, davam edə və zərər verə bilər”, - Popova RBC telekanalına bildirib.

O qeyd edib ki, virus orqanizmin müxtəlif toxumalarında yaşayır və sinir toxumasına və damar divarlarına təsir edir:

“Mən artıq dedim ki, bir çox viruslar damar endotelinə təsir edir, lakin bu (koronavirus) çox açıqdır və biz virusun immunitet sisteminə çox mənfi təsir etdiyini görürük. İnsanlar yüngül şəkildə xəstə olanda belə, bu təsir hələ də qalır”.