30 iyun 2021-ci il saat 11-00 da “İsmayıllı Quşçuluq“ ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Foodinfo.az Fed.az-a istinadən xəbər verir ki, yığıncaqda səhmdar cəmiyyətin 2020-ci il üçün maliyyə yekunları üzrə illik balansının təsdiqi və dividendlərin verilməsi, səhmdarların ərizələrinə baxılması məsələləri müzakirə ediləcək.
Bundan başqa, müəssisənin tam gücü ilə işləməsi üçün maliyyə mənbələrinin araşdırılması və idarə heyətinin sədrinə müəyyən səlahiyyətlərin verilməsi məsələləri də yığıncağın əsas mövzularından olacaq.
*Ölkədəki pandemiya vəziyyəti ilə əlaqədar yığıncaq onlayn qaydada keçiriləcəkdir.
( Zoom) Linklə bağlı məlumatı almaq üçün əlaqə telefonu - 051-484-93-60.
Son xəbərlər
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı