İsti havada çöldə, çimərlikdə və s. yerlərdə olanda sərinlənmək üçün əksəriyyətimiz məhz soyuq qazlı içkilərdən istifadə edirik.
Əgər insan isti havada bir dəfəyə 1 stəkan və bundan çox buz kimi qazlı içkini içərsə, bu zaman çox təhlükəli vəziyyət yarana bilər. Foodinfo.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu haqda tanınmış rusiyalı qastroenteroloq Vitaliy Rumyantsev xəbərdarlıq edib.
Qida borusuna daxil olan çoxlu miqdarda qaz qabarcıqları bədən istiliyinin təsirindən sürətlə şişməyə başlayacaq ki, nəticədə qida borusunun divarı qazın təzyiqinə dözməyib partlaya bilər. Qida borusunun partlaması Burxave sindromu adlandırılır. Bu çox ağır vəziyyətdir ki, təxminən 80% hallarda insanın ölümünə səbəb olur.
Təəssüf ki, Burxave sindromunun diaqnozu bir çox hallarda gec qoyulur ki, xəstənin də sağ qalmaq ehtimalı azalır.
Sindromun simptomları: qusma, sinədə güclü ağrı, boyun-sinə nahiyəsində şişkinlik (dərialtı emfizema). Bu simptomlar meydana çıxan kimi xəstə dərhal xəstəxanaya çatdırılmalı və cərrahın müayinəsindən keçməlidir.