Kalsium bədən üçün həyati bir mineraldır və xüsusilə sümük və diş sağlamlığı üçün vacibdir. O, həmçinin əzələ funksiyaları, sinir keçiriciliyi və qanın laxtalanması kimi müxtəlif bioloji proseslərdə mühüm rol oynayır.
Foodinfo.az xəbər verir ki, kalsium həyatı təmin etmək üçün lazım olan mikroelementlərdən biridir və bütün canlılar üçün vacibdir. Sümük sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir və bədənin özü tərəfindən istehsal edilə bilməz. Buna görə də qida yolu ilə qəbul edilməli və sümüklərdə saxlanmalıdır.
İnsan orqanizmindəki ümumi kalsiumun təxminən 99%-i sümüklərdə və dişlərdə olur. Kalsium uşaqların böyümə dövründə sümük inkişafına kömək edir və yetkinlik dövründə sümükləri qoruyur. Yaşlandıqca sümük sıxlığında azalma müşahidə olunur. Kalsium bu prosesin yavaşlamasına kömək edir. Xüsusilə menopauza keçirən qadınlar sümük sıxlığını böyük ölçüdə itirirlər. Bu vəziyyət osteoporoz riskini artırır və bu səbəbdən qadınlara kalsium preparatları tövsiyə olunur.
Kalsium əzələlərin düzgün yığılmasını da təmin edir. Kalsiumun qanın laxtalanması və ürək əzələsinin funksiyalarının qorunması kimi mühüm funksiyaları da var.
Hamiləlik dövründə kifayət qədər kalsium qəbulu yüksək təzyiq riskini azaldır. Xolesterola müsbət təsir göstərir. Kolon xərçəngi riskini azaldır. Maddələr mübadiləsini gücləndirir. D vitamini ilə qəbul edildikdə, iltihab əlamətlərini aradan qaldırır. Sümük quruluşunu və gücünü qoruyur. Əzələlərin yığılmasında aktiv rol oynayır. Kalsiumun əzələ hüceyrələrindən başqa hüceyrələrdə hüceyrə siqnal yollarında mühüm rol oynadığı da məlumdur. Ürək sağlamlığının qorunmasında vacibdir, çünki ürək əzələsinin düzgün işləməsini təmin edir.