Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində fəaliyyətlərini başa vuran bir qrup könüllüyə sertifikatlar təqdim olunub.
Könüllülər 3 ay müddətində AQTA və AQTİ-nin aidiyyəti bölmələrində fəaliyyət göstərib. Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar - asudə vaxtlarında iştirak edib, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə ediblər.
Qeyd edək ki, hazırki vaxta qədər 351 gənc “Könüllü Qida Nəzarətçisi” proqramına qoşulub. Onlardan 12 nəfəri AQTA və AQTİ-nin müvafiq struktur bölmələrində işlə təmin olunublar.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, “Könüllü Qida Nəzarətçisi” proqramının icrasında məqsəd könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində aktiv iştirakını təmin etmək, onların bu sahə ilə bağlı biliklərini artırmaq və ən əsası qida təhlükəsizliyinin təmin olunması prosesinə könüllü qismində cəlb etməkdir.
[gallery ids="38825,38826,38827"]
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır