COVID-19-un orqanizmdə təsir etmədiyi heç bir sistem qalmayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-də qeyd olunub.
Bildirilir ki, pandemiyanın əvvəlində insanlar dadbilmə və iybilmə hissələrinin yoxa çıxmasından şikayətləniblər. Hətta 2020-ci ilin martında xəstələnib sağalmış insanlar var ki, onlar hələ də iybilmə olmadan yaşayırlar.
İndi isə koronavirusun daha bir simptomu üzə çıxıb ki, bunu da ekspertlər “kovid səsi” adlandırırlar.
Belə ki, artıq “omikron” ştammından sonra xəstəlik burun nahiyəsində ağız boşluğuna “istiqamətlənib”.
Bu isə yeni xəstələrdə əsasən boğaz ağrıları və səsin dəyişməsi ilə müşahidə olunub.
Nurlan