Üzdəki arzuolunmaz tüklər adətən saç köklərinin yanlış istiqamətdə böyüməsi nəticəsində yaranan problemdir. Estetik narahatlıqlara səbəb olan bu vəziyyət bir çox insanı bezdirir və fərqli üsullarla həll edilməyə çalışılır. Ancaq bəzən təbii və sadə həllər ən təsirli ola bilir. Limon və şəkər qarışığı üzdəki arzuolunmaz tükləri çıxarmaq üçün çox təsirli üsul kimi tanınır. 

 Foodinfo.az bildirir ki, bir limonun suyunu sıxın və üzərinə bir qaşıq şəkər əlavə edin. Bu qarışığı üzünüzə çəkin və təxminən 15 dəqiqə saxlayın. Sonra üzünüzü isti su ilə yuyun. Bu prosesi həftədə iki dəfə təkrarlamaq üzdəki arzuolunmaz tüklərdən xilas olmağa kömək edə bilər. Həmçinin, başqa bir tətbiq üsulu belədir: 

1 stəkan şəkər 

1/4 fincan limon suyu 

1/4 fincan su

Bu qarışığı sobaya qoyun, yavaş-yavaş qaynadın, qarışdırın ki, yanmasın və qazana yapışmasın. Soyumasını gözlədikdən sonra istifadə edə bilərsiniz. 

 Mütəxəssislər üzdə arzuolunmaz tüklərin yaranmasının səbəblərinin genetik faktorlar, hormonal balanssızlıqlar, polikistik yumurtalıq sindromu, dərman istifadəsi və stress kimi bir çox faktorla əlaqəli olduğunu bildirirlər. Qidalanma vərdişlərinin də üzdəki tüklərin böyüməsinə təsir göstərə biləcəyi vurğulanır. 

Qadınların yarıdan çoxunun həddindən artıq arzuolunmaz tüklərdən narahat olduğu bir həqiqətdir. Ona görə də yadda saxlamaq lazımdır ki, sağlam qidalanma vərdişləri bu baxımdan mühüm rol oynayır. Təbii və qənaətcil bir həll axtaranlar üçün limon və şəkər qarışığı üzdəki arzuolunmaz tükləri azaltmağa kömək edə bilər.