Metro açıldıqdan sonrakı müddətdə ötən ilki dövrlə müqayisədə iki dəfə az sərnişin daşınıb. Foodinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, sərnişindaşıma bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb. İki həftə ərzində təxminən bir gündə 350-400 min sərnişin daşınıb.