"Pestisit" meyvə və tərəvəzlərin təbiətdə zərər görmədən yetişməsi üçün istifadə edilən maddə və ya maddələrdən ibarət kimyəvi qarışıma deyilir.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, meyvə və tərəvəzlərin pestisitlərdən təmizlənərək yemək çox önəmlidir.
Bəs pestisitdən necə təmizlənməli?
Aparılan araşdırmalara görə, təbii məhsulların bəzilərində belə pestisit qalıqlarına rast gəlinir. Araşdırmada həmçinin qeyd edilir ki, pestisitlər doğum qüsurları, əsəb və xərçəng kimi xəstəliklərə səbəb ola bilər. Buna görə də meyvə və tərəvəzləri yeməzdən mütləq yumaq lazımdır.
Bunlardan isə ən təsirlisi karbonatlı yəni, sodalı sudur.
Aparılan araşdırmada, sodalı su ilə 12-15 dəqiqə yuyulan almalarda həm üzdəki, həm də qabığın altındakı pestisit qalıqlarına rast gəlinmir.