Moskvada meymun ev sahibini dişləyərək qaçıb və digər sakinlərə hücum edib. Bu barədə 360 telekanalının saytında məlumat verilib.

Yaseneva küçəsindəki evlərdən birinin sakini meymunun qəfil hücum edərək onu bir neçə dəfə dişləməsindən sonra xilasediciləri çağırıb. Bundan sonra heyvan daha bir neçə nəfərə hücum edə bilib. Meymun özünü aqressiv aparıb və insanlar onu sakitləşdirmək istəyəndə yaxınlaşmağa imkan verməyib.

Polis və xilasedicilər gəldikdən sonra meymun tutulub.