Anemiya uşaqlarda ən çox rast gəlinən qan xəstəliklərindən biridir. Anemiyanın ən çox görülən səbəbinin dəmir çatışmazlığı olduğu göstərilir. Mütəxəssislər bildirirlər ki, anemiya yalnız uşağın İQ səviyyəsinə təsir etmir, uşağın məktəb uğurlarının azalmasına, immunitet sisteminə, tez-tez xəstələnməsinə və gec sağalmasına da gətirib çıxarır.
Foodinfo.az xəbər verir ki, 6 aydan 2 yaşa qədər uşaqlarda iştahsızlıq, kökəlmə, dəri solğunluğu, narahatçılıq, anaya həddindən artıq bağlılıq, ağladıqdan və ya anormal şeylər yedikdən sonra nəfəs darlığı kimi problemlər dəmir çatışmazlığını göstərə bilər.
Araşdırmalar uzun müddət dəmir çatışmazlığı olan uşaqların IQ səviyyəsinin yaşıdlarından bir neçə bal aşağı olduğunu göstərib.
Ən çox rast gəlinən səbəb dəmir çatışmazlığı olsa da, bir çox faktorlar anemiyaya səbəb ola bilər. Ona görə də , əsas faktorun vaxtında diaqnozu və müalicəsi uşağın sağlam böyüməsi və inkişafı üçün çox vacibdir.
Əlavə qidalara erkən başlamaq və 1 yaşından əvvəl inək südü ilə qidalandırmaq dəmir çatışmazlığını artırır. Daha böyük uşaqlara gündə yarım litrdən çox inək südü, çay, qəhvə və qazlı qidalar tövsiyə edilmir.
Ət, yumurta və tərkibində C vitamini olan meyvə və tərəvəzlərdən az istehlak etmək də dəmir çatışmazlığını artıran səbəblərdəndir. Bu səbəbdən qan azlığına qarşı qırmızı ət, qaraciyər, yumurta sarısı, noxud, lobya, mərcimək, ispanaq, kələm, brokoli, pomidor, üzüm və qara tut bəkməzi, xurma, püstə, anakardiya, kişmiş, quru gavalı və quru ərik kimi dəmir baxımından zəngin qidaların istehlak edilməsi böyük əhəmiyyət daşıyır.