Sarımsaq qabıqlarını atmaq əvəzinə onlardan sağlam çay hazırlaya bilərsiniz. Adi bitki çaylarından fərqli olan bu üsulu sınadığınız zaman nəticələr sizi təəccübləndirəcək. Sarımsaq qabıqlarının da sarımsaq kimi antibiotik təsiri var.
Bu tərəvəzinin qabığından təbii çay hazırlamaq olduqca sadədir. Foodinfo.az sarımsaq qabığı çayının hazırlanma qaydasını təqdim edir: Sarımsaq soyulduqdan sonra qalan qabıqlar tozdan təmizlənmək üçün yuyulur. Sonra təmiz çaydana qoyulur və üzərinə 2 stəkan qaynadılmış su süzülür. Çaydanın qapağı bağlanır və üzəri parça örtü ilə örtülür. 1 saat belə dəmlənir və sonra yarım stəkan çay içilir. Təxminən 2-3 saat ara ilə 3 dəfə yarım stəkan çay içməyə davam edə bilərsiniz.