Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) SOVQAT layihəsi çərçivəsində növbəti “Peşəkarlarla görüş” saatı keçirilib.
Foodinfo.az xəbər verir ki, görüşdə cari ilin aprel ayında qüvvəyə minən qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktlar barədə geniş müzakirə aparılıb, iştirakçılara qida təhlükəsizliyinə dair sanitariya norma və qaydaları ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Avropa Birliyinin 852/2004 (EC) saylı “Qida məhsullarının gigiyenası” normativ sənədi və Kodeks Alimentarius Komissiyasının CXC 1-1969 saylı “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb. Qeyd olunub ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida məhsulları üzrə sanitariya norma və tələblərini müəyyən edir. Bu prinsiplər qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin və yararlılığının, ekvivalentliliyin (qida məhsullarının qüvvədə olan digər texniki normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə cavab verməsi), eləcə də insanların həyat və sağlamlığının qorunmasının və qida təhlükəsizliyi sahəsində istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasına şərait yaradacaq.
Sonda qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə yenidən hazırlanan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya norma və qaydaları”nın əhəmiyyətindən, eləcə də qida təhlükəsizliyinə dair digər yeni tələb və qaydalar barədə sahibkarlara ətraflı məlumat verilib, görüş iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir