Qadın sağlamlığını qorumaq və qocalma prosesini yavaşlatmaq üçün qida rasionuna qırmızı ət, balıq və göyərti daxil etmək lazımdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, diyetoloq və psixoterapevt Mixail Ginzburq öz video bloqunda danışıb.

Onun sözlərinə görə, qadınların qidalanmasında tez-tez müəyyən maddələr çatışmır, bu isə çox böyük problemlərə səbəb ola bilər. Bunlar dəmir, vitamin D3, B12 vitamini və daha az hallarda kalsiumdur.

Menstruasiya zamanı qadın orqanizmi çoxlu dəmir itirir və bu çatışmazlığı doldurmaq çox çətindir. Özünüzə kömək etmək üçün mümkün qədər tez-tez qaraciyər, balıq, quş əti, qırmızı ət kimi qidalardan istifadə etməlisiniz. Amma dəmirin asanlıqla həzm olunması üçün menyuya tərəvəz, meyvə və göyərti də əlavə etməlisiniz.

Bundan başqa, balıq yağı və treska qaraciyərini daha tez-tez istehlak etməlisiniz. Bu məhsullar kalsiumun mövcudluğuna, sümüklərin güclü olmasına və depressiyanın olmamasına cavabdeh olan D3 vitamini ilə zəngindir. Bu mikroelementin olduğu qida əlavələrindən də istifadə edə bilərsiniz. B12 vitaminini isə ətdən alırıq, ona görə də vegetarianlar risk qrupuna daxildirlər.

Ginzburq xatırladıb ki, yorğunluq, apatiya, saç və dırnaqların keyfiyyətinin azalması, qocalma prosesinin sürətlənməsi orqanizmdə vitamin çatışmazlığından xəbər verir.

Fərid