Barselona Universitetinin Kosmik Elmlər İnstitutunun alimləri Süd Yolu qalaktikasını tərk etmək üzrə olan bir qrup ulduz aşkar ediblər. Bu barədə Astronomy and Astrophysics jurnalında dərc olunan məqalədə bildirilir.

Tədqiqatçılar iki ulduz kataloqundan məlumatları təhlil ediblər. Həmçinin Gaia kosmik gəmisi tərəfindən əldə edilən məlumatlar əsasında bir milyard ulduzun mövqelərinin, məsafələrinin və sürətlərinin astrometrik ölçülərindən istifadə edilib.

Həm Gaia verilənlər bazasında, həm də kataloqlarda mövcud olan 417 O tipli və 1335 Be tipli ulduz Qalaktikanı tərk edir.