Bir dövrün nazik qaşları qalın və dolğun qaşlarla əvəz olundu. Qaş tökülməsi yaşayan və ya qaşlarını qalınlaşdırmaq istəyənlər sadə üsullarla ev şəraitində onlara qulluq edə bilərlər.
Foodinfo.az xəbər verir ki, qaşları daha sürətli dolğunlaşdıran və qalınlaşdıran təbii reseptlər işinizi asanlaşdıra bilər.
MASAJ
Qaşlarınızı və onların ətrafını masaj etmək qan dövranı üçün çox faydalıdır. Bir az zeytun yağı götürün və hər gün 5 dəqiqə qaşlarınızı masaj edin. Qaşlarınızın kifayət qədər tez uzandığını görəcəksiniz.
VİTAMİNLƏR
Tərkibində A, C və E vitaminləri olan qidaları gündəlik rasionunuza daxil etməyi unutmayın. Qırmızı bibər, şirin kartof, kök, kahı və qovunun tərkibində A vitamini olduqca çoxdur.
Bibər, cəfəri, brokoli, kivi, papaya, portağal, limon və çiyələk c vitamini ilə zəngindir.
Tərkibində E vitamini olan qidalara badam, şam fıstığı, fıstıq, reyhan, ərik qurusu, bişmiş ispanaq və turşu yaşıl zeytun daxildir.
YUXU VƏ STRESS
Qeyri-kafi yuxu və stress qaşlarınızın böyüməsini yavaşlatmaqda böyük rol oynayır. Gündə 7-8 saat yatdığınızdan əmin olun, stressi aradan qaldırmaq üçün idmanla məşğul olun və sizi xoşbəxt edən şeylərdən daha çoxunu etməyə çalışın. Qısa müddətdən sonra qaşlarınızın daha sürətli uzandığını görəcəksiniz.
ALOE-VERA
Aloe-vera yarpaqlarını zərifcə əzin və yaranan su ilə qaşlarınızı masaj edin.
SÜD
Yatmazdan əvvəl bir pambığı süddə isladın və qaşlarınıza çəkin. Süd qaşlarınızı qidalandıracaq və bir müddət sonra qaşlarınızın daha sürətli uzandığını görəcəksiniz.