Qaraciyər yağlanması daha çox qarın ətrafında piylənmə olan insanlarda olur və bu, ürəyi riskə atır. Yağlı qaraciyər üçün mütəxəssislər Aralıq dənizi pəhrizini tövsiyə edirlər.
Qaraciyər həzm sistemi vasitəsilə qana keçən bütün maddələr üçün filtr rolunu oynayır. Yağlı qaraciyər bədəndəki bütün tarazlıqları dəyişir. Qida maddələri düzgün parçalanmadıqda hüceyrələr zədələnir. Bu da qaraciyərinizdə yağ yığılmasına səbəb olur.
Foodinfo.az qaraciyər yağlanmasını dayandıran 10 qidanı təqdim edir:
Balıq və dəniz məhsulları
Meyvələr
Bütün taxıllar
Fındıq
Zeytun yağı
Tərəvəz
Avokado
Paxlalılar
Kətan toxumu
Günəbaxan tumu
Qaraciyərin funksiyaları:
Enerji qaynağı olan vitaminləri lazım olduqda istifadə etmək üçün saxlayır.
Zülal istehsal edir. Zülallar qanaxmanın və ödemin qarşısını alır.
Yağların və yağda həll olunan vitaminlərin mənimsənilməsini təmin edir.
Bədən çəkinizin yalnız 5 faizini itirmək belə qaraciyərinizdəki yağları azalda bilər. Həftədə 1 kilo arıqlaya bilərsiniz. Arıqlaya bilməyənlər mütləq dietoloqdan kömək almalıdırlar.