Alman həkimləri qaraciyərə ciddi ziyan vura bilən üç zərərsiz vərdişin adını çəkiblər.
Foodinfo.az xəbər verir ki, müxtəlif araşdırmalar göstərir ki, belə vərdişlərdən biri də meyvələrin həddindən artıq istehlakıdır. Mütəxəssislər fruktozanın insan sağlamlığına təsirini lazımınca qiymətləndirməmək barədə xəbərdarlıq edirlər, çünki onun çox olması qaraciyərin yağlanmasına səbəb ola bilər.
Digər risk faktoru dərmanların müntəzəm istifadəsidir. Qaraciyərə təsir edən yan təsirlərin riski adətən azdır, lakin yorğunluq, iştahsızlıq və qarın ağrısı kimi simptomlar varsa, ən yaxşısı həkimə müraciət etməkdir.
Oturaq həyat tərzi də qaraciyər problemlərinə səbəb ola bilər. Orqanizmdə təkcə dəri altında deyil, daxili orqanların ətrafında da yağ toxuması toplanır ki, bu da iltihaba səbəb ola bilər. Daimi məşq yağlı qaraciyər xəstəliyinin inkişaf riskini azaltmağa kömək edə bilər.
Nurlan