Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Foodinfo.az xəbər verir ki, İnstitutun İdarə Heyətinin sədri Sadiq Məmmədov və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov tərəfindən imzalanan memorandumda qanda pestisid qalıqlarının və ağır metalların tədqiqi, tətbiqi sekvensləmə və yeni nəsil sekvensinq (NGS) məlumatlarının təhlili, laboratoriyalararası səriştəlilik sınaqlarının təşkili, təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlığın genişləndirilməsi öz əksini tapıb. Anlaşma memorandumuna əsasən kadr potensialının gücləndirilməsi, müxtəlif müayinə metodlarının qarşılıqlı müqayisəli istifadəsi və digər sahələrdə uzunmüddətli əməkdaşlıq həyata keçirilməsi nəzərdə tutulur.