1 iyul 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Foodinfo.az-ın məlumatına görə, verilişdə qida təhlükəsizliyi sahəsində idxal-ixrac tələbləri, eləcə də sahibkarlıq subyektlərinin idxal-ixrac əməliyyatları zamanı diqqət etməli olduğu məqamlar müzakirə olunacaq. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin müdiri Orxan Mikayila ünvanlaya bilərsiniz. Qeyd edək ki, “Təhlükəsiz qida” layihəsinin həyata keçirilməsində məqsəd istehlakçıların, habelə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.