Azərbaycan Prezidenti İlham Əliyev Qorxmaz Hüseynovun işdən çıxarılması ilə əlaqədar sərəncam imzalayıb.  Foodinfo.az xəbər verir ki, sərəncama əsasən, Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Qeyd edək ki, Q. Hüseynov 2011-ci ildən bu vəzifəni icra edirdi.