Ramazan ayında artıq çəki problemi ilə qarşılaşmamaq üçün bəzi məhsullara müraciət etmək lazımdır.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, bu cür məhsullardan biri darçındır. Bu məhsul yağların əriməsini təmin edir, yağ hüceyrələrindən enerji istehsalını başladır. Rozmarin “möcüzəvi ədviyyat” adlandırılır.
Tərkibindəki karnoz turşusu qan şəkərinin düşməsinə səbəb ola bilər çəki alınmasının qarşısını ala bilər. Zirə insanı tox tutmağa kömək olur, metabolizmi sürətləndirən kalsiyum və dəmirlə olduqca zəngindir.
Qırmızı bibər metabolizmi sürətləndirir. Bu məhsul da orqanizmin yağ yandırmasına gətirib çıxara bilər, çəki itirilməsini təmin edə bilər.
Fərid