Rusiya hökuməti Ukraynadan idxalı qadağan olunan malların siyahısını genişləndirib.
Foodinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquqi məlumat portalında deyilir.
28 iyun 2021-ci il tarixli qərarla qadağan olunmuş məhsulların siyahısına qənd, makaron, mayonez, pomidor ketçupu, sousların hazırlanması üçün məhsullar, dad əlavələri və qarışıq ədviyyatlar, şorbalar və hazır bulyonlar, həmçinin onların hazırlanması üçün tələb olunan məhsullar, mineral və tərkibində şirinləşdirici və dad-aromatik maddələr olan qazlı sular, dondurma və qida buzunun digər növləri, müsli və s. daxildir.
Həmçinin arpa, palma yağı və onun 20 ton və ya daha az xalis çəkisi olan fraksiyaları, hazır və ya konservləşdirilmiş ət məhsulları, xərçəngkimilər və molyuskların gətirilməsinə qadağa qoyulub. Heyvanları qidalandırmaq üçün istifadə olunan məhsullar, eləcə də jmıx idxal etmək qadağandır.
Bundan başqa, müxtəlif növ meşə materiallarının, qutuların, korobkaların və s. malların idxalı məhdudlaşdırılıb.
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır