İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Foodinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-22° isti, gündüz 24-26° isti, Bakıda gecə 20-22° isti, gündüz 24-26° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 18°-dək isti olacaq
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi əsasən əlverişli olsa da, güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir